Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tanınmış almaniyalı aktyorun ürəyində problem yarandı: Əməliyyat olunacaq
Almaniyalı aktyoru və rejissoru, 60 yaşlı Til Şvayger ürəyindən əməliyyat olunacaq.
Məlumata görə, aktyorun ürəyinə stent taxılacaq.
Bunun səbəbi Şvaygerin siqaretdən uzun müddət istifadə etməsidir. Belə ki, siqaret çəkənlər çəkməyənlərə nisbətən stentə daha çox ehtiyac duyurlar.
Xatırladaq ki, ötən il həddindən artıq spirtli içki qəbulu ilə mübarizə aparmağa başlayan Şvayger üçün bu əməliyyat çox güman ki, onun sağlamlığına növbəti ciddi zərbə olacaq.
Bundan əlavə, bu, onun yeni serialda çəkilişlərinə də təsir edə bilər.
Mənbə: iz.ru
Ən çox oxunanlar