Ötən gün ATV telekanalının “ATV Xəbər” proqramının aparıcısı Samirə Mustafayeva doğum gününü qeyd edib.
Oxu.Az xəbər verir ki, gecəyə səbəbkarın yaxın dostları, həmkarları ilə yanaşı, bir çox tanınmış simalar da qatılıb.
Onların arasında millət vəkili Qənirə Paşayeva, xalq artistləri Firəngiz Mütəllimova, Şərqiyə Hüseynova, əməkdar artist Səlim Abbasov, müğənnilərdən Günay İbrahimli, Xumar Qədimova, meyxanaçılar İntiqam və Ehtiram Hüseynovlar, aparıcılar Zaur-Günay Baxşəliyevlər, Mətanət Əlverdiyeva, “Dostlar” qrupu və başqaları olub.
Qeyd edək ki, S.Mustafayeva ATV-nin “Xəbərlər” Departamentinin baş redaktoru Vaqif Aydınoğlu ilə ailəlidir. Bir qız övladı var.
Aytən Sadıqzadə
www.oxu.az