Həmin videonu iyunun 11-də euronews.az saytı “youtube” portalına yerləşdirib.
Videogörüntüdə zirehli transportyorlardan ibarət karvan gecə saatlarında avtomobil yolu ilə hərəkət edir. Sosial şəbəkələrdə müzakirə olunan bu görüntülər bəzi vətəndaşlar arasında həyəcan yaradıb.
Oxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “Azadlıq” radiosunun bununla bağlı sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətindən narahatlığa ehtiyac olmadığını bildiriblər:
“İyunun 11-də Silahlı Qüvvələrin zirehli transportyorlarından ibarət karvan Bakı küçələri ilə bir dislokasiya yerindən digərinə planlı surətdə yerdəyişmə edib. Nəqliyyatın hərəkətinə mane olmamaq məqsədilə yerdəyişmə axşam saatlarında həyata keçirilib”.
12:10
Dəniz kənarında gecə saatlarında Şıxov yaxınlığında tanklar və zirehli texnika peyda olub.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, tank karvanı “Crescent beach” çimərliyinin yanından keçib.
Foto-müxbir şəkil çəkməyə çalışıb, amma hərbçilər ona mane olublar. Son anda hərbi texnikanı çəkməyə nail olub.