Aparıcı toya qonaq gedib məclis əhlinə ofisiant kimi xidmət etdi.
Oxu.Az xəbər verir ki, teleaparıcı Fərid Rəsul bu dəfə işini bacarmasa da, vəziyyətdən birtəhər çıxıb qonaqlardan, hətta bəydən də şirinlik alıb. Bəli, söhbət “İş həmişə var” verilişinin aparıcısı Fəriddən gedir.
Qeyd edək ki, veriliş gələn həftədən yeni vaxtda - cümə axşamı, iyunun 19-u saat 19.00-da efirə gedəcək.
Bu bazar, iyunun 15-i saat 13.15-də verilişin Zibil zavodunda olan çəkilişindən təkrar buraxılışı yayımlanacaq.
Veriliş ən baxımlı kanal ATV-də yayımlanır.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az