Türkiyəli model, aktrisa və aparıcı Deniz Akkaya zəhərlənib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, aparıcısı olduğu verilişdə relkam fasiləsi zamanı huşunu itirib. Dərhal həkim müdaxiləsindən sonra özünə gələn Akkayanın ötən axşam halı pisləşərək xəstəxanaya yerləşdirilib.
Sosial şəbəkədə şəkil paylaşan Deniz Akkaya səhhəti barəsində bunları yazıb:
“Sevimli dostlar, zəhərlənmişəm. Hər səhər sizinlə görüşmək üçün səbirsizliklə gözlədiyim proqram ilə sabah görüşünüzə gələ bilməyəcəyəm. Səhhətim yaxşılaşdıqdan sonra yenidən ekrana geri dönəcəyəm”.
Aytən Sadıqzadə
www.oxu.az