Türkiyəli model, aktrisa, aparıcı Ebru Şancı 2013-cü ilin may ayının 24-də dostları ilə birlikdə İstanbuldakı bir gecə klubuna əylənməyə gedib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, prodüser dostu Gökhan Beder həmin partidə mobil telefonunu itirib. Beder bununla bağlı polisə müraciət edib.

Araşdırma nəticəsində telefonda Şancıya aid xəttin istifadə oluması təyin edilib.

Gökhan Beder şikayət ərizəsini geri götürsə də məhkəmədə Şancı haqqında oğurluq iddiası açılıb. 3 ilə qədər həbsi istənilən model hakim qarşısında ifadə verib.

Günahı olmadığını bildirən Ebru Şancı “Telefonu avtomobilimdə salıb. Mən Amerikada olanda qardaşım mənim telefonum olduğunu zənn edərək istifadə edib”,-deyə bildirib.

Modelin ifadəsi alındıqdan sonra məhkəmə təxirə salınıb.
Aytən Sadıqzadəwww.oxu.az