Populyar Ukrayna müğənnisi Qaytana Bakıda istirahət edir.
Oxu.Az xəbər verir ki, bununla bağlı şəkillərini müğənni sosial şəbəkələrdə paylaşıb.
Azərbaycanın paytaxtında tanınmış ukraynalı müğənni yerli mətbəx ilə tanış olub, şəhər gəzintisinə çıxıb və dostları ilə ünsiyyət qurub.
Qeyd edək ki, ukraynalı müğənni müəmmalı şəkildə şou biznesdən itib. O, Kiyevdə daha az vaxt keçirir. Müğənninin müəmmalı itməsi tanınmış prodüser Eduard Klimlə toyunun təxirə düşməsindən sonra baş verib.
Elvin Əhmədov
www.oxu.az