Müğənni Xatun ATV-də yayımlanan “Səs verməyin” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, şəxsi həyatından danışan müğənni gözlənilməz açıqlamalar edib:
“Boşandım, iki ildən sonra efirə çıxdım. O vaxt nişanlanmağım haqda açıqlama vermişdim. Lakin nişan olmamışdı, gündəmə gəlmək üçün nişanlandığımı demişdim. O zaman bir nəfər vardı, mənə elçi gəlmişdi. Araşdırıb öyrəndik ki, bizə uyğun olan adam deyil, məni alıb, sonra boşayacaq. Fikirləşdim ki, o cür biabır olmaqdansa, evdə oturmaq daha yaxşıdır. Elə adamla ailə qurmaq istəyirəm ki, qohum-əqraba arasına çıxara bilim”.
Aytən Sadıqzadə