Müğənni Roza Zərgərli yenə sinə dekoltesi ilə medianın və izləyicilərin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, fotolarını İnstagram-da paylaşan ifaçı onu tənqid atəşinə tutan sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb:
“Burada öz “səmimi fikrini yazanlara" demək istəyirəm ki, məni bəyənmirsinizə, səhifəmə girməyin. Öz mədəniyyətinizi , tərbiyənizi mənim səhifəmə saxlamısınız? Bir insan hər kəs üçün ideal ola bilməz. Sadəcə buraları zibilləməyin yoxsa bloka atacam”.
Aytən Sadıqzadə