Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Roza Zərgərli: "Elza Seyidcahan dedi ki, əlimi öp, barışaq"
Müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb.
Oxu.Az xəbər ki, bu barədə o, "Sözün düzü" layihəsində açıqlama verib.
Roza Zərgərli bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:
"Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir".
"Roza Zərgərli" teqi üzrə xəbərlər
- Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə VERDİ
- Corc Qafarov işdən ayrılma səbəbini açıqladı: "Cəhənnəmə, qara-gora oyna, mən də səni istəmirəm"
- Roza Zərgərli: "Oğullarımın yanında mənim adımı yazmayın"
- Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxarıb?
- Roza Zərgərli: "Mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm"
Rəylər