İsveçli müğənni Tove Lo “Timbomb” adlı mahnısının klipi üçün kamera qarşısına keçib.
Oxu.Az xəbər verir ki, qara rəngli çimərlik geyimi və açıq-saçıq libasla mahnısını səsləndirən Tove Lo ən sonda tamamilə souyunub.
Qeyd edək ki, əsl adı Ebba Tove Elsa Nilsson olan Tove Lo 1987-ci Stokholmda doğulub.
İlk sinqlı “Habits” ilə diqqət çəkən Tove Lo həm müğənni, həm söz yazarıdır. Hələ kiçik yaşlarından şeir yazmağa başlayan Tove Lo musiqi məktəbində təhsil alıb.
“Habits” sinqlının ardınca “Queen of the Clouds”u çıxarıb.
İlk albomu “Love Ballad”ı isə 2012-ci ildə işıq üzü görüb. O tarixdən sonra karyerasında sürətlə yüksəlməyə başlayıb.
Aytən Sadıqzadə