Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tanınmış müğənni üçüncü dəfə avtomobil qəzasına düşdü
Ötən gün məşhur türkiyəli müğənni Ferhat Göçer Ankarada verəcəyi konsertə gedərkən yol qəzasına düşüb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtomobilinə ciddi ziyan dəyən ifaçının özü heç bir xəsarət almayıb. Baş verən hadisədən sonra başqa avtomobillə Ankaraya yollanan F.Göçer orada səhnəyə çıxıb.
Müğənni bundan əvvəl də iki dəfə avtomobil qəzası keçirib. Ötən ilin aprel ayında onun avtomobilinə arxadan gələn başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində ifaçı və sürücüsü zədə almadan xilas olmuşdu. 2008-ci ildə isə Muğlanın Milas mahalı yaxınlığında F.Göçerin avtomobili ilə turistləri daşıyan nəqliyyat vasitəsinin toqquşması nəticəsində müğənni və sürücüsü yüngül yaralanmışdı. Hadisədən sonra hər ikisi xəstəxanaya çatdırılmış, lazımi tibbi tədbirlər görüldükdən sonra evə buraxılmışdı.
Aytən Sadıqzadə
www.oxu.az