Müğənni Atilla Taş cari ilin fevralında Yenişehir yaxınlığında ölü tapılan itlər üçün Bələdiyyə Başçısı Alinur Aktaşı Twitter hesabından tənqid etmişdi.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçı itlərin ölümündə günahkar bildiyi Bələdiyyə Başçısı A.Aktaş haqqında ağır ittihamlar irəli sürmüşdü.

A.Taş A.Aktaşa “nə insana hörmətiniz var, nə heyvana, nə də təbiətə. Bu etdiyinizi canilər də etməz. Sən vicdansızın biri imişsən, başçı əfəndi. Bu itləri niyə öldürtdün? Təəssüflər olsun, sənə” kimi ağır cümlələr ilə tənqid yağdırmışdı.
Bələdiyyə Başçısı bu sözlərə görə Atilla Taş haqqında İnegöl İkinci Asliye Ceza Məhkəməsinə iddia açmışdı.

Bu gün sona çatan məhkəmə Atilla Taşın 1 il 2 ay həbs cəzası ilə cəzalandırılmasına qərar verib. Daha sonra Taşın cəzası 11 ay 20 günə endirilib.
Müğənninin məhkəmənin qərarına etiraz olaraq 7 gün içərisində apelyasiyaya müraciət etmək hüququ var.
Aytən Sadıqzadə
www.oxu.az