Rejissor Nail Naiboğlu indiyədək ən bahalı klipini vaxtilə müğənnilik etmiş iş qadını Ruhi Əliyevaya çəkib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, “Günaydın” verilişinin qonağı olan rejissor ekran işinə sərf olunan xərci də açıqlayıb:
“Ən bahalı işim Hindistanda Ruhiyə çəkdiyim klip olub. Təxminən 9-10 il əvvəl lentə almışdım. Xərci 70-80 min manata gəlib çıxmışdı. Təkcə 11 min manat təyyarə biletlərinə vermişdik”.
Qeyd edək ki, N.Naiboğlu R.Əliyevanın “İki damla” klipini ekranlaşdırıb.
Tanınmış rejissor: Ruhiyə 80 minlik klip çəkmişəm – VİDEO
Rəylər