Tural Əsədov danışılanların şayiə olduğunu söyləyib.
Oxu.Az xəbər verir ki, teleaparıcı Tural Əsədovun həyat yoldaşından ayrılması barədə xəbərlər yayılıb.
Televiziya aparıcısı Gülgünlə ailə quran aparıcının yeni doğulmuş bir qız övladı da var.
Boşanma xəbəri ilə bağlı yayılan məlumatlar barədə show.az-a açıqlama verən Tural Əsədov danışılanların şayiə olduğunu söyləyib.
“Mən ailə həyatım haqqında heç vaxt danışmıram. Bu boşanma xəbəri də şayiədir. Mənim ailəmdə belə bir hadisə baş verməyib”.