Xəbər verdiyimiz kimi, dünən Milli Konservatoriyanın yeni binasının açılışı baş tutub.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva iştirak ediblər.
Qonaqlar arasında həmçinin dünya şöhrətli muğam ifaçısı Alim Qasımov olub.
Açılışla əlaqədar təşkil edilmiş konsert proqramının gedişatı zamanı maraqlı anlar da yaşanıb.
Belə ki, gənc və istedadlı xanəndə Təyyar Bayramov muğamı ifa etməyə başlayıb.
Xanəndə bir qədər oxuduqdan sonra ustad sənətkar Alim Qasımov yerindən qalxaraq, Təyyar Bayramovun səsinə səs verib və muğamın təsnifə qədər olan hissəni ifa edib. Sonra isə muğam ustası gənc xanəndəyə təsnifə keçməyi və ifasına davam etməyi təklif edib.
Bu maraqlı hadisə bütün qonaqların üzündə təbəssümə səbəb olub.