Krasnodar əyalətində Soçi Adler rayon məhkəməsinin verdiyi qərara yenidən baxılacaq. Bu qərara görə, kriminal aləmdə Lua adı ilə məşhur olan 73 yaşlı Mixail Nikuradze silah saxladığı üçün cinayətə cəlb edilib.
Oxu.Az Прайм Крайм-a istinadən bildirir ki, oğru dünyasının veteranı ötən ilin noyabr ayında silah və bu silaha məxsus patronların saxlanılması ittihamı ilə həbs edilib.
Dekabr ayının 20-də hakim Yakimenko təqsirli bilərək onu 6 ay həbs cəzası çəkməyinə qərar verib.
Diqqətinizə çatdıraq ki, bu həbsə qədər Luanın silahla bağlı həbsi 2010-cu ilin aprelində olub. Onda hakim Yakimenko ona yalnız 2 ay həbs cəzası verməklə kifayətlənib.