Ayrılıq-barışıq söz-söhbətləri ilə gündəmdə olan teleaparıcılar Vüsalə və Azər İsmayılovların münasibətləri get-gedə daha da gərginləşir.
Oxu.Az Axşam.az saytına istinadən xəbər verir ki, Azər uşağı anasından almaq üçün məhkəməyə müraciət edib:
“Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam”.
Azər İsmayılov yeni layihə üzərində işlədiyini də bildirib. Belə ki, aparıcı “Qanunla” adlı veriliş üzərində çalışdığını söyləyib. Verilişin məqsədi cinayət istisna olmaqla, ehtiyacı olanlara hüquqi cəhətdən kömək etməkdir.