Azərbaycanın ulduz cütlüyü – Azər İsmayılov və Vüsalə İsmayılova dörd il birgə yaşadıqdan sonra boşandılar.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərin səhifəsində yazdığı statuslardan onların boşanmasına səbəb Vüsaləyə xəyanət etməsi olduğu bəlli olur.
“Həyatda xoşbəxtlikdən başqa hər bir şeyə nail oldum. İnsan gərək xoşbəxtliyini ehtirasına qurban verməsin.... Mən körpə balamdan ayrılıram, çox üzgünəm... Həyatım, niyə belə oldu bilmədim. Dərdim böyükdü...”- Azər İsmayılov facebook səhifəsində yazıb.
Azər və Vüsalə dörd il idi evli idilər. Boşanma qərarı Vüsalənindir.


