Bakı şəhərində Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, mövcud yolun uzunluğu 9 km, eni isə 7 metrdir. İki hərəkət zolağından ibarət olan yolun genişləndirilərək 4 zolaqdan ibarət olması nəzərdə tutulub.
“Hazırda işlər sürətlə davam edir. Yolun yenidən qurulması işlərinin payızda başa çatdırılması planlaşdırılır”, - deyə P.Mürsəliyev qeyd edib.