Türkiyəli aktrisa Hazal Kaya həmkarı Ali Atayla ailə qurub.
“Hurriyet”in məlumatına görə, toy mərasimi İstanbulda baş tutub.
Bildirilir ki, Hazal Kaya ilə Ali Atay 5 ildir birlikdə olsalar da, münasibətlərini indi rəsmiləşdirmək qərarına gəliblər.



Cütlük iş qrafiklərinin ağırlığı səbəbindən bal ayına yayda çıxacaq.
Qeyd edək ki, H. Kaya bir çox ölkədə, o cümlədən Azərbaycanda populyarlıq qazanan “Aşk-ı Memnu” serialındakı rolundan sonra məşhurlaşıb.