Paris Moda Həftəsi çərçivəsində “L'Oreal” firmasının təşkil etdiyi gecə reallaşıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “qırmızı ehtiras” gecəsinə qatılan qonaqların 90%-i tədbirə qırmızı rəngli libasda gəlib.
Gecənin ən çox diqqət çəkən qonaqları isə İrina Şeyk ilə sevgilisi Bredli Kuper olub. Ayrıldıqları deyilən cütlük çox səmimi görüntüləri ilə yayılan söz-söhbətlərə son qoyub.
Tədbirdə Doutzen Kroes, Karlik Kloss, Lara Stone və digər tanınmışlar da iştirak edib.