Aparıcı-prodüser Tarix Əliyev (Tolik) növbəti açıqlaması ilə diqqət çəkib.
O bu barədə "Tarixin bir günü" verilişində danışıb. Tolik Həcc ziyarətindən edilən bəzi paylaşımlara irad bildirib:
"Allaha qurban olum. Əvvəl bizim qonşuda saqqallı kişiləri Həccə ziyarətinə yola salırdılar. İndi baxıram, Ümrə ziyarətinə kimlər gedir. Mən özüm o yolu getməyə layiq deyiləm. Allah mənə ruzi yetirsin, o yola getmək istəyən insanı göndərim. Ondan çox savab qazanaram, oranı Antalya-Bodruma döndərməyin, günahdır. Hər insanı aparmasınlar. Söhbət müğənnilərdən getmir. Məsələn, bu yaxınlarda Xatun bacısı, anası ilə getmişdi. Allah qəbul etsin. Bəzən qarşıma tanınmamış simalar çıxır. Görürəm ki, orada ifrat dərəcədə hərəkətlər edirlər. Ora Allahın evidir, siz etdiyiniz isə günahdır".
Rəylər