Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-dən Kim Çen Inın yaxın aylarda düyməyə basacağının anonsu verildi
KXDR yaxın aylarda Cənubi Koreyaya qarşı hərbi əməliyyatlara başlaya bilər.
Bu barədə ABŞ administrasiyasındakı mənbələr bildiriblər.
Onların fikrincə, Şimali Koreya lideri Kim Çen Inın son bəyanatları əvvəlkindən daha aqressiv görünür, ona görə də Vaşinqton onları ciddi qəbul etməyə çağırır.
Bununla belə, mənbədən bildirilir ki, ABŞ Koreya yarımadasında genişmiqyaslı müharibənin başlayacağını düşünmür, lakin etiraf edirlər ki, Pxenyan zərbələri eskalasiyanın qarşısını sürətlə alacaq şəkildə həyata keçirə bilər. Nümunə kimi onlar 2010-cu ildə Cənubi Koreyanın Yonpxyendo adasının atəşə tutulması hadisəsini (KXDR və Cənubi Koreya bir-birilərinə artilleriya atəşi açıblar) göstəriblər. Nəticədə hər iki tərəfdən bir neçə hərbçi və mülki şəxs həlak oldu, lakin sonda atəş dayandırıldı.
Xatırladaq ki, bir neçə gün öncə Şimali Koreya ilk dəfə yeni tipli strateji qanadlı raket “Pulhvasal-3-31”in sınaq buraxılışını həyata keçirib.
Mənbə: The New York Times
Rəylər