Tanınmış türkiyəli ifaçı Tarkan ata olmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, o, bu barədə məlumatı öz instaqram hesabında verib:
“Uzun müddətdir xəbərlər yazılır. Nə qədər inkar etsək də, yenə də fərziyyələr irəli sürürlər. Demək ki, hiss edirlər. Bəli, doğrudur. Ata oluram. Çox sevinirəm. İstədim ki, sevincimi sizinlə də bölüşüm”.
Qeyd edək ki, Tarkan həyat yoldaşı Pınar Dilekle iki ildir evlidir.
Pərviz Hüseyn
www.oxu.az