Tarkanın evlənəcyi Pınar Dilek adlı qız məşhur müğənninin fanatı imiş.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, onların təxminən beş il əvvəl tanış olduğu ortaya çıxıb. Bunu sübut edən isə köhnə bir şəkil olub.

Dilek və pərəstişkarı olduğu Tarkanın Almaniyadakı konsertlərindən birində kulistə verdikləri bu poza, iddiaya görə böyük eşqin təməl daşını qoyub.
O tanışlıqdan sonra tez-tez görüşməyə başlayan Tarkan və Pınar Dilek qısa müddətdə eşq münasibətləri qurub. Bu münasibətlər isə xoşbəxt sona yaxınlaşıb.

43 yaşlı Tarkanın 30 yaşlı Pınar Dileklə bu il nikah masasına əyləşəcəyi deyilir.
Aytən Sadıqzadə
www.oxu.az