Keçən cümə günü Tarabyadakı villasında Pınar Dilek ilə nikah masasına əyləşən müğənni Tarkanın toy edəcəyi məkan və tarix məlum olub.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nikah mərasimi ilə bağlı ilk dəfə açıqlama verən Tarkan “ölkəmiz kədərli günlərini yaşayır. Belə gündə səs-küysüz nikaha girməyə qərar verdik. Toy 6 mayda Kölndə olacaq, həyat yoldaşım hələ hamilə deyil” deyib.
Cütlük bal ayına iyunda Uzaq Şərqə yollanacaq. Tarkan bal ayından sonra Avropada konsert turuna çıxacaq.
Aytən Sadıqzadə
www.oxu.az