Gənc yaşında musiqi dünyasının ən çox qazanan ulduzu və qazancının böyük hissəsini daşınmaz əmlaklara yatıran məşhur müğənni Taylor Swift indi də başqa bir malikanəyə göz dikib.
Oxu.Az xəbər verir ki, İngiltərə və ABŞ mətbuatında yer alan məlumatlara görə, 25 yaşındakı Taylor Swift Şotlandiyanın Perth şəhərinin şimalındakı “Tower df Lethendy” adlı malikanəni satın almaq istəyir. Onun buraya sahib olmaq istəməsinin tək səbəbi sevgilisi Calvin Harris-ə yaxın ola bilməkdir.
Taylor Swift-in satın almaq istədiyi malikanənin ana binasında səkkiz yataq otağı və yeddi vanna otağı var.
Malikanənin yüzlərlə hektardan ibarət bağçasında işçilərin qalması üçün iki ədəd ayrı tikili var.
Ərazidə üzmə hovuzu, süni göllər, qolf sahəsi, tennis kortları da yer alıb.
Müğənnin satın almaq istədiyi bu tikili 16-cı əsrdə inşa edilib və gənc müğənni əgər həqiqətən buranın sahibi olmaq istəyirsə 4.6 milyon sterlinq ödəməlidir.
Taylor Swift bir neçə il əvvəl də keçmiş sevgilisi Conor Kennediyə yaxın ola bilmək üçün onun yaşadığı yerin yaxınlığında bir malikanə satın almışdı.
Aytən Sadıqzadə
www.oxu.az