Musiqi dünyasının ən çox qazanan ulduzlarından biri olan Teylor Svift (Taylor Swift) pullarını daşınmaz əmlaka xərcləyir. Bu günə qədər çoxlu sayda ev alıb satan 22 yaşındakı Svift indi də Nyu-Yorkdakı mənzili ilə gündəmdədir.
Oxu.Az xəbər verir ki, Svift bu evi tanınmış rejissor Peter Ceksondan (Peter Jackson) 20 milyon dollara satın alıb.
Keçən il ABŞ-ın ən çox qazanan musiqiçisi olan Taylor Sviftin evində yeddi yataq otağı və beş vanna otağı var.
Gənc müğənni yeni evinin şəkillərini İnstaqram hesabında paylaşıb.
Aytən Sadıqzadə
www.oxu.az