41 yaşlı Penelopa Kruz iştirak etdiyi yeni “Nümunəvi erkək-2” filminin təqdimatı çərçivəsində Savanna Qantrinin tok-şousunda qonaq olub.

İlk bir neçə dəqiqəni qadınlar çox mehribancasına söhbət ediblər, amma jurnalist sonrakı dəqiqələrdə Kruzun pəncələrindən danışıb.

“Sizin pəncələriniz dəhşətlidir”, - Savanna deyib və bununla da həm Ponelopanı, həm də şouda iştirak edən digər insanları şoka salıb.

Kruzun deyilən sözləri ürəyinə saldığını görən jurnalist vəziyyəti düzəltməyə çalışıb və aktrisanın nə vaxtsa dediyi sözləri təkrarladığını qeyd edib. Guya ki, Penelopa özü nə vaxtsa ayaqlarından şikayət edib.
“Mən indi nə hiss etdiyimi bilmirəm. Mən hesab edirəm ki, siz özünüz pəncələrinizin dəhşətli olduğunu demişdiniz”, - deyə jurnalist özünə bəraət qazandırmağa çalışıb.

Kruz bu informasiyanı təkzib edib, onun sözlərinə görə o, heç vaxt belə bir şey deməyib.
“Mən bunu deməmişəm. Mənə öz pəncələrim xoşdur. Mən heç vaxt belə bir şey deməmişəm”, -deyərək ulduz sözünü yekunlaşdırıb.