Türkiyədə fəaliyyət göstərən model-aktrisa Günay Musayeva "İstanbul Fashion Week"də iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Kipr Universitetinin tələbələri arasında keçirilmiş qapalı səsverməyə görə, Günay "İlin ən yaxşı modeli" seçilib.
Yaxın günlərdə “Baku Fashion Nights”da podiuma çıxan G.Musayeva martın 22-də yenidən şəhərimizə səfər edəcək. O, rol aldığı “Kod adı K.O.Z” filminin Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsində media nümayəndələri ilə görüşəcək.