25 və 29 mart tarixlərində Çelenc Kubokunun qadınlar arasında voleybol turnirinin “Uraloçka” (Rusiya) və “Ximik” (Ukrayna) komandaları arasında yarımfinal matçları keçiriləcək.
Oxu.Az xəbər verir ki, Ural klubu Avropa Voleybol Konfederasiyasına (CEV) oyunları neytral meydana keçirməklə əlaqədar müraciət edib. “Uraloçka”nın rəhbərliyi bir neçə variant təklif edib, rusiyalı voleybolçuların hər iki oyunu keçirməyi təklif etdikləri əsas məkan Bakı idi.
Amma ukraynalı voleybolçular Azərbaycana gəlməkdən imtina ediblər. Nəticədə, “Uraloçka” öz ev matçını Belarusun paytaxtı Minskdə keçirəcəyi, sonra isə “Ximik” ilə görüşə Polşanın Jeşuv şəhərinə yollanacağı qərara alınıb.
F.H.
www.oxu.az