“Rəngli səhifələr” proqramına qonaq olan “Türkiyə gözəli - 2015”in birincisi Ecem Çırpan sosial mediada “dişləri pisdir” deyə çoxlu sayda tənqidlərə məruz qaldıqdan sonra dişlərini dəyişdirdiyini söyləyib.
Oxu.Az xəbər verir ki, 19 yaşlı gözəl verilişdə bunları etiraf edib:

“Canlı yayıma çimərlik geyimində çıxdım, bikini ilə görünmək kimi qorxum yoxdur. Ən böyük qorxum qaranlıqdır. Yatarkən işığı söndürmürəm”.

Ecem Çırpan daha sonra müsabiqə ərəfəsində yaşadıqlarından danışıb:
““Türkiyə gözəli - 2015”in qalibi olan zaman İnstagram-da məni tənqid edirdilər. “Podiumda düzgün addımlamırdın”, “dişlərin pisdir” kimi şərhlər yazırdılar. Sonra stomatoloqa getdim. Eyni zamanda yerişimi də dəyişdirdim.

Hayatımda ilk dəfə dikdaban ayaqqabı geyinmişdim. Bunu nəzərə almaq lazım idi.

Həmin müsabiqənin səhəri günü universitetə qəbul imtahanım var idi. Mən yarışmaya qatıldığım üçün imtahana girə bilmədim. Qəbul imtahanına bu il sənəd verdim. İlk mərhələni keçdim. İkinciyə hazırlaşıram. Bilgi Universitetinin ingilis dili müəllimliyi ixtisası üzrə təsil almaq istəyirəm”.

Aytən Sadıqzadə
www.oxu.az