26 yaşlı dünya ulduzu Teylor Sviftə (Taylor Swift) əkizi qədər bənzəyən Keitra Jane ictimai medianı “qarışdırıb”.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Utah Universitetində oxuyan 21 yaşlı gənc qızın məşhur müğənniyə həddindən artıq oxşarlığı onu görənləri heyrətə salır.

Bu bənzərlik sayəsində o, Alex Boye-nin “African Hipster” adlı mahnısına çəkilən klipində rol alıb.

İnstagram-da 15 min təqibçisi olan Keitra Jane Sviftin pərəstişkarlarından təhqir dolu mesajlar aldığını söyləyir.

“Seventeen” jurnalına müsahibə verən K.Jane “insanların başqalarının hərəkətlərini təkrarlayaraq yaşamalarını mənasız hesab edirəm. Hər kəs necə xoşbəxtdirsə, elə olmalıdır. Əlbəttə, haqqımda deyilən sözlər məni narahat edir. İnsanlar başqası haqqında fikir söyləyərkən daha diqqətli olmalıdırlar” deyib.



Aytən Sadıqzadə
www.oxu.az