Əməkdar artist Teymur Əmrahdan xəbər var.
Oxu.Az xəbər verir ki, “Onlar” verilişinə müsahibə verən müğənni kloun obrazını canlandırmaq istədiyini söyləyib:
“Hər zaman arzulamışam ki, gözəl pyes yazılsın, heç olmasa ömrümdə bir dəfə kloun obrazını oynayım. Burada gülmək də, ağlamaq da yer alsın, bir az da melodrama olsun. Mənə Qoqolun “Rivizor” tamaşasında Xlistakovu canlandırmağı təklif etdilər. Azacıq səsimlə hörmət qazanmışam. Fikirləşdim ki, əgər o rolun öhdəsindən gələ bilməsəm, hörmətdən düşərəm. Ona görə də imtina etdim”.
T.Əmrah hətta etiraf edib:
“İndi müğənnilər o qədər çoxalıblar ki, əgər 1 il efirə çıxmasam, unudula bilərəm. Sovet dövründə deyilik ki, bir kanal olsun, 8 müğənni oxusun, hamısı da yadda qalsın. 20 ildir səhnədəyəm, tarixdə qalıb-qalmayacağımı zaman göstərəcək. Mən sənətkar deyiləm. Kim məni belə təqdim edirsə, onu təhqir edirəm. Çünki belə təqdimatla məni yaşlı sənətkarların gözündən salırlar. Elə bilirlər ki, bu sözü deməyi mən özüm tələb edirəm”.
T.Əmrah Youtube-dan pul qazanacağından da söz açıb:
“Mənim mahnılarımı Youtube-a yükləməyin. Şəxsi profilim var, bütün mahnılar ora yüklənir. Haradasa görsəm, həmin profil dağıdılacaq. Rəsmi şəkildə, ingilis dilində Youtube administrasiyasına məktub yazmışam. Bu yolla pul qazanıram. Niyə başqası qazanmalıdır ki?”.
Aytən Sadıqzadə