Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Teymur Əmrah: "Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim"
Əməkdar artist Teymur Əmrah solo konsert verməməsinin səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, müğənni verilişlərin birində bir neçə il əvvəl verdiyi solo konsertindən gəlir əldə etmədiyini deyib:
"2019-cu ildə Heydər Əliyev Sarayında konsertim oldu. Səkkiz günə biletlər satıldı. Fərhad Babayev mediaya dedi ki, 40 ildir buradayam, hələ belə satış olmamışdı. Bir qurum var, adını açıqlamayacağam. İki dövlət idarəsində işləyirəm. Orada iclas oldu, dedi ki, buradan maaş alırsınız, filan konserti verməlisiniz. Heydər Əliyev Sarayı əvvəl 2000, indi 1800 tamaşaçı tutur. Bilet 25 manatdan 100 manata qədər idi. Həmin qurum biletdən 90, 100 min manata yaxın pul götürdü, mənə isə 5 min manat verdilər. Hamısını musiqiçilərə verdim, evə pulsuz getdim".
T.Əmrah bildirib ki, konsert salonlarındakı avadanlıqlar onu qane etmədiyi üçün konsert vermir:
"İndi saraylar, restoranlar var ki konsert təklif edir, razılaşmıram. Dünyada bütün səs rejissorları konservatoriya bitirir ki, səsə düzgün rəng versinlər. Bizdəkilər isə yox. Mən 32 ildir sənətdəyəm, bunu ona qurban verə bilmərəm. Konsertdə fonoqram oxumaq olmaz".
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Heydər Əliyev Papanı necə sevindirmişdi?
- İlham Əliyevin Çin səfəri: Dövlət Protokolunun zirvəsi və tarixi mərasimlər
- "Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır" mövzusunda tədbir keçirilib
- Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı ilə görüşüb
- Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub