Sizə Rusiyanın məşhur reperi Timatinın Azərbaycanda konsert verəcəyi barəsində məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, aprelin 6-dan satışa çıxarılacaq biletlərin qiyməti 20-300 AZN arasında dəyişir. Belə ki, 6 aprel 20 AZN, 7-10 may 30 AZN, 11-17 may tarixlərində isə satılacaq biletlərin qiyməti 50 AZN təşkil edir. Vip biletlər isə 100-300 AZN-dir.
Qeyd edək ki, konsert mayın 17-də baş tutacaq.