Azərbaycan Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” əhaliyə səyyar xidmət göstərilməsini davam etdirir. Aprel ayının ilk günlərində bu xidmətdən Abşeron rayonunun sakinləri də yararlanmağa başlayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində “ASAN xidmət”in ən son müasir texnoloji avadanlıqlarla təchiz edilmiş ixtisaslaşdırılmış avtobusu aprelin 12-dək 195 mindən çox sakinə xidmət göstərəcək.
Səyyar xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.