“Yevlax-Naxçıvan” və “Astara-Qazıməmməd” magistral qaz kəmərlərində sızmaların aradan qaldırılması üçün təmir işləri aparılır.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bununla əlaqədar aprelin 2-də saat 17.00-dək Tərtər rayonuna, Ağdam və Bərdə rayonlarının bir hissəsinə, Yevlax rayonunun Kövər kəndinə, saat 12.00-dan 16.00-dək isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarına təbii qazın verilməsində fasilələr yaranacaq.