Bakıda 62 yaşlı kişi intihar edib.
Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi 14 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əjdər Hacıağa oğlu Qədirov yaşadığı evdə özünü asaraq intihar edib.
Polisdən Ə.Qədirovun I qrup əlili olduğu bildirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.