Prodüser Tarix Əliyev (Tolik) “Öz aramızda” verilişinə müraciət edən ana və qızına yardım edib.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, o, müğənni Rəqsanə İsmayılovanın himayəsinə götürdüyü ailəyə 500 dollar pul bağışlayıb. Tolik canlı efirə zəng edərək bunları söyləyib:
“Rəqsanə oktyabrın 13-də Bakıya qayıdacağını deyib. Amma o günə kimi bu uşağa məktəb paltarı, pul lazımdır. Mən bu dəqiqə ATV-yə gəlirəm və 500 dollar pul verirəm. Ana Rəqsanə gələnə qədər uşağına xərcləsin. Rəqsanəyə isə demək istəyirəm ki, iki balası var. Bu ailəyə, dediyi kimi, kömək etsin”.