“ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı olan məşhur prodüser Tolik (Tarix Əliyev) müğənnilər Rəhim Rəhimli ilə Niyam Salami arasında yaranan küsülülükdən danışıb.
Oxu.Az xəbər verir ki, prodüser Rəhim Rəhimlini sərt şəkildə qınayıb.
“Son vaxtlar Rəhimdə yekəbaşlıq görürəm. Heç kimi bəyənmir, özünü Elton Conun yerində hiss edir. Rəhimin sənətindən yüksək sənəti olan müğənnilər var.
Rəhimlə Niyam Salaminin niyə danışmadığını bilirsiniz? Niyam qəzaya düşəndə Rəhimə zəng edib. O da cavab verib ki, qulağımda sırğa var, hələ gələ bilmərəm. Amma sonra dostları ilə qəza olan yerə gəlib, hər şeyi kənardan seyr edib və səsizcə oradan uzaqlaşıb. Buna görə də Niyam ondan inciyib”, - deyə o söyləyib.
Kadrları 10:46-cı dəqiqədən izləmək mümkündür.
A.S.
www.oxu.az