Prodüser Tolik (Tarix Əliyev) müğənni Sevda Yahyayeva ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə prodüser İnstagram səhifəsində məlumat verib:
“Hörmətli media və İnstagram dostlarım. 2 ilə yaxındır ki, işlədiyim müğənni Sevda Yahyayeva ilə işbirliyinə son qoymağı qərara aldım. Bu fikrimi Sevdaya bildirdim və o, bu istəyimi anlayışla qarşıladı. Gələcək sənət işlərində uğurlar arzu edirəm”.
Aytən Sadıqzadə