Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Toppuş bacı”nın xəstəliyi ağırlaşdı: “Qızım deyir ki, saçların nə vaxt çıxacaq?” - VİDEO
Uzun müddətdir xərçəng xəstəliyindən müalicə alan Əməkdar artist Tünzalə Əliyevanın səhhəti yenidən ağırlaşıb.
Aktrisa bu barədə ATV-də yayımlanan “Günün sədası” proqramında deyib.
O qeyd edib ki, uzun müddətdir aldığı kimyəvi terapiya təsir etməyib:
“Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Şüa aldım, kimyəvi terapiya olmadım. Amma təsiri olmadı, yenidən məcbur kimyəvi terapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacağam.
Çalışıram bu ağırlıqları qaldırım. Hərdən ağrılar olanda üzümü örpəklə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi göstərməməyə çalışıram.
Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəyəm olacaq”.
Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir.
Rəylər