Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı teleaparıcı Şəhla Boz (Orucova) istedadı, gözəlliyi və səmimiyyəti ilə mavi ekranları bəzəyən simadır.
Oxu.Az xəbər verir ki, Şəhla xanım Türkiyə Respublikasının “TRT AVAZ” telekanalında 2009-cu ildən bu günədək aparıcı kimi çalışır.
O, 1985-ci il mart ayının 27-də Bakıda anadan olub. Azərbaycan, rus və türk dillərini bilir.
Aparıcı həm də aktiv sosial şəbəkə istifadəçisidir. Şəhla Boz tez-tez şəxsi Facebook və İnstaqram hesabında yeni fotolarını paylaşır.
Həmin fotoları təqdim edirik.
Xatırladaq ki, o, “TRT AVAZ” telekanalında yayımlanan “Yeni gün” proqramının aparıcısıdır.
Aytən Sadıqzadə
www.oxu.az