Türkiyəli müğənni Tuğba Ekinci bu gün Bakıda mətbuat konfransı keçirib.
Oxu.Az ANS PRESS-ə istinadən məlumat verir ki, müğənni Rəqsanə İsmayılovanın “İnanımmı” mahnısını səsləndirib ona klip çəkdirəcəyini bildirib.
Tuğba xanım işbirliyi ilə əlaqəli fikirlərini bölüşüb:
“Rəqsanə xanımla birgə “İnanımmı” mahnısını studiyada cəmi 4 saat ifa etdim. Oxuduqdan sonra bu mahnıya Zöhrab Ağayev klip çəkdi. Onu da deyim ki, burada mənə Türkiyədən daha çox hörmət edirlər. Nəzərinizə çatdırım ki, azərbaycanlı sənətçilərdən Röya, Aygün Kazımovanı tanıyıram. Ancaq düşünmürəm ki, Röya və Aygün Kazımova ilə duet oxuyum. Çünki Rəqsanə xanımı çox bəyəndim və onun repertuarında olan “Gedirəm”, “Yuxumda” bəstələrinə müraciət edəcəm” -deyərək Tuğba bildirib.
Tədbirdə media nümayəndələri ilə yanaşı müğənni Rəqsanə, Tuğbanın müraciət etdiyi rejissor Zöhrab Ağayev, aparıcı Sərxan Kərəmoğlu, əməkdar artist Firuzə İbadova və digərləri də iştirak ediblər.
Qeyd edək ki, Tuğba Ekinci 3 gün əvvəl paytaxtda yerləşən restoranlardan birinin açılışına qatılmaq üçün Bakıya gəlib.
Tədbirdən olan fotoları sizə təqdim edirik.