Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tünzalə Ağayeva hansı türk məşhurla duet oxudu? – Video
Əməkdar artist Tünzalə Ağayeva türkiyəli müğənni Muazzez Ersoyun “Ulduz axşamı” verilişində qonaq olub.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında belə deyib:
“Muazzez Ersoyun “Ulduz axşamı” verilişində qonaq oldum. Orada üç Azərbaycan mahnısını duet şəklində ifa etdik. Muazzez xanıma onun Azərbaycanda çox sevildiyini söylədim. Təəccübləndi ki, niyə bu günə kimi heç orada olmamışam. Yaxın zamanda paytaxtımızın qonağı olmağa söz verib”.
T.Ağayeva TRT müzik kanalında yayımlanacaq verilişdəki aparıcılıq fəaliyyətindən danışıb:
“Yaxın günlərdə çəkilişlərə başlayacağıq. Bu, “TRT müzik”in tarixində ilk dəfə baş verəcək. Əcnəbi bir ifaçının ilk dəfə o kanalda müəllif verilişi efirə gedəcək. Proqram Ankaradan yayımlanacaq”.
Aytən Sadıqzadə
www.oxu.az