Oxu.Az bəstəkar, pop, caz üslublarının sevilən ifaçısı, əməkdar artist səmimiyyəti və mədəniyyəti ilə seçilən məşhur xanım Tünzalə Ağayeva ilə müsahibəni təqdim edir:
-Tünzalə xanım, yaradıcılığınızda hansı yeniliklər var?
-Ötən ayın sonu radiolarda və rəsmi YouTube kanalımda yeni mahnı təqdim etdim. Söhbət Hüseyn Cavidin “Başqa bir şey görmədim” adlı şeirinə bəstələdiyim mahnıdan gedir. Həmin mahnıda xırda muğam boğazları və məşhur amerikalı gitaraçı, bəstəkar, cazmen Corc Bensonun tərzində improvizə də etmişəm.
Film məktəblilərin həyatından bəhs edir. Quruluşcu rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.
- Hansı janrda çəkilən filmdə rol almaq istəyərsiniz və özünüzü orada hansı obrazda görürsünüz?
- O, baxır rejissorun təklifinə. Əslində iki dəfə yerli və əcnəbi rejissorlardan baş qəhrəman rolunu ifa etmək təklifini almışam. Sadəcə, özümü həmin filmdə sona qədər görə bilmədiyim üçün imtina etmişəm.
Aytən Sadıqzadə
www.oxu.az