Əməkdar artist Tünzalə Ağayevanın mahnısı dünyaca məşhur musiqi mağazası olan “İTunes Store”da yerləşdirilib.
Oxu.Az xəbər verir ki, müğənninin sözügedən mahnısı “Hər şey yaxşı olacaq” adlanır. Mahnının musiqisi əməkdar artistin özünə, sözləri Mələk Xəlilə məxsusdur. Aranjiman isə Emin Kərimova aiddir.
Sevənləri artıq mahnının orijinal versiyasını “İTunes Store”dan yükləyə bilərlər.

Aytən Sadıqzadə
www.oxu.az