Bir neçə gün əvvəl özünü silahla vuran türk aktrisa və müğənni Harika Avcı haqqında növbəti iddialar ortaya çıxıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın boşanma ərəfəsində olduğu 24 yaş kiçik həyat yoldaşı İbrahim Öztürk Harika Avcının vaxtilə onu öldürmək istədiyini bəyan edib:
“Harika ilə azərbaycanlı qulluqçusu yeməyimə dərman qatmışdılar. Məni öldürmək istəyirdilər. O, çox təhlükəli qadındır”.